Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Həcc pulları” geri qaytarılır – Ziyarət nə vaxta qaldı?

“Həcc pulları” geri qaytarılır – Ziyarət nə vaxta qaldı?

Tarix: 22-06-2020, 11:30

Bu il Həcc ziyarətinin olmayacağı ehtimal olunur.

Lent.az -ın əldə etdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi artıq Həcc ziyarəti üçün pul ödəyənlərin vəsaitini geri qaytarır.

Qeyd edək ki, keçən həftə dünya mətbuatı Səudiyyə Ərəbistanının, 1932-ci ildən krallığın qurulmasından bəri ilk dəfə Həcc mövsümünü ləğv etməyi müzakirə etdiyini yazmışdı.


Bu barədə rəsmi açıqlama hələ olmasa da, Azərbaycandan bu il Həcc ziyarətinin olmayacağı ehtimalı var.

Bu il Azərbaycan üçün 1500 nəfərlik kvota ayrılmışdı. Koronavirus pandemiyası ilə bağlı karantin rejimi tətbiq edilənədək 400-ə yaxın sənəd verən olmuşdu. Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər 4490 dollar ödəməli idi.

Qeyd edək ki, bu ilin iyul ayının sonuna planlaşdırılan Həcc ziyarəti dünyadakı ən böyük dini mərasimlərdən biridir.

İki milyondan çox hacı İslami ayinləri yerinə yetirmək üçün Krallığa səfər edir. İslamda əhəmiyyəti ilə yanaşı, Həcc ziyarəti Ər-Riyad üçün əsas xarici gəlir mənbəyidir. Rəsmi məlumatlar göstərir ki, Həcc və il boyu baş tutan ümrə ziyarəti il ərzində ölkəyə təqribən 12 milyard dollar pul qazandırır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR