Son Xəbər: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün nəqliyyat imkanlarını genişləndirir, Bakıda və rayonlarda sabah külək güclənəcək, Prezident İlham Əliyev Trampa təşəkkür edib, İstanbulda tramvayla avtobus toqquşub, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb, Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək,

Karantinə riayət etməyən 1500-dən çox sürücü cəzalandı - RƏSMİ

Karantinə riayət etməyən 1500-dən çox sürücü cəzalandı - RƏSMİ

Tarix: 22-06-2020, 14:25

Baş Dövlət Yol Polisi İdarəsi karantinlə əlaqədar görülmüş işlərlə bağlı məlumat yayıb.
İdarədən  verilən xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə, ötən gün ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1440 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimələnib.
Eyni zamanda, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin məcəllənin 211.2-ci maddəsi ilə 132 nəfər olmaqla ümumilikdə 1572 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR