Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycanda karantin rejimi dayandırıla bilər - AÇIQLAMA

Azərbaycanda karantin rejimi dayandırıla bilər - AÇIQLAMA

Tarix: 20-07-2020, 15:57

"Hazırda sağalma nisbəti yoluxmadan daha çoxdu. Əgər karantini tamamilə dayandırsaq, ciddi problemlər yarana bilər. Müalicələrin effektivliyinin artdığı, tendensiya sağalmağa doğru getdiyi bir vaxtda karantini tamamilə dayandırmaq bizi geri aparar. Amma təbii ki, bunun həlli yolu var. Türkiyənin təcrübəsindən istifadə edə bilərik. Türkiyədə hər bir yer açıldı, amma bir şərtlə ki, ciddi nəzarət tətbiq olunsun. Hamı maskadan, əlcəkdən və dezinfeksiya vasitələrdən istifadə etsin. Bu şərtləri yerinə yetirməklə Azərbaycanda da karantini ləğv etmək olar".

Bu sözləri millət vəkili Jalə Əhmədova deyib. O bildirib ki, karantin uzandıqca günəmuzd işləyən insanların ciddi problemləri yaranır: "Artıq neçə aydır iş yerləri bağlı olduğu üçün günəmuzd işləyən insanların çox böyük problemləri yaranıb. Hətta 190 manatı ala bilməyən insanlar da var. Çünki adlarında torpaq sahəsi və s var. Bəlkə də həmin vətəndaş heç o ərazidən istifadə etmir, amma buna görə yardım ala bilmir. Bu isə insanlarda böyük aqressiya yaradır. Düşünürəm ki, karantini müəyyən şərtlər daxilində dayandırmaq olar. Sadəcə Post Patrul Xidməti, polislər, Daxili Qoşunlar və s. vəziyyətə ciddi nəzarət edə, şəhərdə reydlər təşkil edə bilərlər ki, hamı maskadan stifadə etsin. Belə olsa, çox yaxşı olar. Vətəndaşların da özlərində məsuliyyət güclü olmalıdır". (redaktor.az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR