Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakıda bir gün ərzində ikinci intihar hadisəsi

Bakıda bir gün ərzində ikinci intihar hadisəsi

Tarix: 26-01-2021, 19:47

Bu gün Bakıda daha bir intihar hadisəsi baş verib.

Mediabiz.az xəbər verir ki, saat 17 radələrində paytaxtın Binəqədi rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etib.

Fakt üzrə hazırda Binəqədi rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu gün Xətai rayonunda da intihar hadisəsi qeydə alınıb. Saat 15 radələrində 1994-cü il təvəllüdlü Mahmudov Yaşar Mehman oğlu yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib.  Yanvarın 24-də isə 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü Nərimanovda yerləşən hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən atmışdı.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR