Son Xəbər: Azərbaycanda Dövlət Bayrağı Günüdür, Bakıdakı paradda nümayiş etdirilən silah sistemləri, texnikalar və aviasiya vasitələri Azərbaycanın hərbi qüdrətinin əyani göstəricisidir, Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq, Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi, Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI, Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR, İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR, Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR, ABŞ və “C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir, Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi,

Abşeronda 17 yaşlı oğlan atasını vəhşicəsinə qətlə yetirdi

Abşeronda 17 yaşlı oğlan atasını vəhşicəsinə qətlə yetirdi

Tarix: 30-01-2021, 12:42

Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadıqları evdə atasını öldürməkdə şübhəli bilinən oğul saxlanılıb.

Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, oğlu tərəfindən bıçaqlanan 1981-ci il təvəllüdlü atanın müalicə aldığı xəstəxanada ölməsi barədə məlumat rayon prokurorluğuna 29 yanvar 2021-ci il tarixdə, saat 22:00 radələrində daxil olub.

Cinayət prosessual normalara uyğun olaraq rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü İlkin Quliyevin (ad şərti olaraq qeyd olunmuşdur) həmin gün saat 18 radələrində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atasına bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlayıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin Quliyev tutularaq istintaqa cəlb edilib.

Müdafiəçi və qanuni nümayəndəsinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən İ.Quliyev törətdiyi əməli tam etiraf edib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, öldürülən şəxs əvvəllər dəfələrlə narkotik vasitələrin aludəçisi və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR