Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Azərbaycanda sərt karantin olacaq? - TƏBİB-dən AÇIQLAMA

Azərbaycanda sərt karantin olacaq? - TƏBİB-dən AÇIQLAMA

Tarix: 2-04-2021, 11:01

"Bir ildir bu virusla yaşayırıq. Artıq insanlar gedişatın və taktikanın necə olduğunu bilirlər".

Bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O, karantin rejimin sərtləşdirilməsi ilə bağlı TƏBİB tərəfindən Nazirlər Kabinetinə müraciətlə bağlı dəqiq nəsə deyə bilməyəcəyini bildirib:

"Hamımız ümid edirik ki, yoluxma sayı artmayacaq. Ümid edirik ki, xəstəliyin gedişatı ağır olmayacaq və xəstəxanalarda çarpayılar dolmayacaq. Dəfələrlə qeyd etmişik yoluxma sayı yüksək olsa belə, xəstəliyin gedişi yüngül olarsa, insanların çoxu xəstəliyi evində keçirirsə, bu, o qədər qorxulu göstərici deyil.

Təhlükəli göstərici o zaman olur ki, ağırlaşan xəstəyə xəstəxanada yer olmur. Bu məqamda hansısa təklifdən və müraciətdən söhbət gedə bilər. Hər birimiz çalışmalıyıq ki, yoluxma sayı artmasın ki, normal olmasa da, normala yaxın şəraitdə yaşamağa davam edə bilək".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR