Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı bilindi

Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı bilindi

Tarix: 23-04-2021, 10:13


Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı bilindi
Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsinin püşkü atılıb.

“Report” xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov “New In Chess” adlı mərhələnin ilk turunda ABŞ təmsilçisi Hikaru Nakamuraya rəqib olub.

Teymur Rəcəbov isə birinci turda Qaveyn Cons (Böyük Britaniya) ilə üz-üzə gələcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.

Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla III, Məmmədyarov isə XIII turda qarşılaşacaq. Onlar müvafiq olaraq qara və ağ fiqurlarla mübarizə aparacaqlar.

V mərhələdə də 16 şahmatçı olacaq. Yarış İddiaçılar Turniri ilə eyni vaxta düşdüyü üçün siyahıya aparıcı qrossmeysterlərin əvəzinə bir neçə yeni şahmatçı daxil edilib.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dolları olacaq. Qalib 30 000 dollar qazanacaq.

Qeyd edək ki, aprelin 24-də start götürəcək yarış mayın 2-də başa çatacaq. Qeyd edək ki, püşkə əsasən, ilk 5 tur aprelin 24-də, VI - X turlar aprelin 25-də, XI - XV turlar aprelin 26-da keçiriləcək. İlkin mərhələnin yekununda 8 ən güclü şahmatçı 1/4 finala yüksələcək. Turnirə mayın 2-də yekun vurulacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR