Son Xəbər: Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib, Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron - ŞƏRH, Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir, Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb, Muxtar Babayev: "İnnovativ strategiyalar maliyyə və investisiyaları artırır", “Heç bir zaman işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”, Yenidən öz postlarına namizəd olacaqlar, COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?, Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu, Generalın oğluna yeni vəzifə verildi,

Avstraliyanın idman qurumu AMADA ilə təcrübə mübadiləsi aparacaq

Avstraliyanın idman qurumu AMADA ilə təcrübə mübadiləsi aparacaq

Tarix: 3-06-2021, 18:51


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Avstraliyanın dopinqlə və idman yarışlarında manipulyasiya ilə mübarizəyə cavabdeh qurumu olan Sport Integrity Australia (SIA) arasında 2021-2023-cü illəri əhatə edən əməkdaşlıq haqqında üçillik saziş imzalanıb.

AMADA-nın direktoru Şəfəq Hüseynli və SIA-nın direktoru Devid Şarp arasında imzalanan sənəd iki qurum arasında əsasən üç istiqamətdə əməkdaşlığı nəzərdə tutur.

Bunlar təhsil, təhqiqat və idmançılar üçün ödənişsiz hüquqi yardım sahələridir. Görüşdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, dopinqlə mübarizə sahəsində səmərəliliyin artırılması üçün milli antidopinq təşkilatları arasında təcrübə və məlumat mübadiləsinin aparılması vacibdir. AMADA digər ölkələrin analoji qurumları ilə əməkdaşlığa böyük əhəmiyyət verir və öz müsbət təcrübələrini onlarla bölüşməyə hazırdır. Ş.Hüseynli bildirib ki, AMADA və SIA arasında təhqiqat və təhsil sahəsi üzrə müvafiq departamentlərin görüşləri keçirilib və bununla bağlı fikir mübadiləsi aparılıb.

SIA-nın direktoru Devid Şarp da beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, idmançı hüquqlarının qorunması ilə bağlı AMADA-nın həyata keçirdiyi beynəlxalq və yerli layihələr onların böyük marağına səbəb olub. Dünyada antidopinq icraatı zamanı idmançı hüquqlarının qorunmasının hansı dərəcədə təmin edilməsi ilə bağlı AMADA tərəfindən hazırlanmış layihədə iştirak edən ölkələrdən biri də məhz Avstraliyadır.

D.Şarp idmançılara ödənişsiz hüquqi yardımın göstərilməsi sahəsində AMADA-nın təcrübəsini öyrənməkdə və bunun Avstraliyada da tətbiq edilməsində maraqlı olduqlarını deyib.

Qeyd edək ki bu saziş 2021-2023-cü illəri əhatə edir və növbəti illərdə antidopinq sahəsinin digər istiqamətlərində də əməkdaşlığı nəzərdə tutur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR