Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

“Onunla görüşmürəm, buna layiq deyil” - Rafael Ağayev

“Onunla görüşmürəm, buna layiq deyil” - Rafael Ağayev

Tarix: 6-08-2021, 19:25


“Hər şeyi xalq gördü. Hakimlərin qərarlarına da camaat şahidlik etdi”. Bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarında gümüş medal qazanan Rafael Ağayev deyib.

O, Yaponiyaya qızıl medal dalınca gəldiyini bildirib: “Mən bura başqa idmançılar kimi dincəlməyə gəlməmişdim. Məqsədim birinci olmaq idi. Bəziləri turist kimi gəlir buralara, lakin mən yox”.

Ağayev finalda uduzduğu italyan rəqibi Luici Buza ilə mükafatlandırmadan sonra görüşməməsinə toxunub: “Mən hər kəsə salam verirəm, düşmənim də olsa. Çox şeylər var ki, danışmaq istəmirəm. Bu gün uduzduğum idmançı pərdə arxasında elə hərəkətlər elədi ki…O qrupda qalırdı və mən ona yardım etdim. Danışığımız olmuşdu. Vurduğum zərbəni hakimlər saysaydı, başqa cür olardı. Xal üçün 5 hakimdən 4-ü xal açmalıdır, belə də olmuşdu. Amma qərar fərqli verildi. Onunla görüşmürəm, çünki buna layiq deyil. Dünyanın bir nömrəsi özüməm”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR