Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Klublarımız transferlərə nə qədər pul xərcləyib?

Klublarımız transferlərə nə qədər pul xərcləyib?

Tarix: 31-08-2021, 08:04

Azərbaycanın futbol klublarının 2020-ci ildə transferlərə xərclədikləri məbləğ açıqlanıb.

Mediabiz.az xəbər verir ki, bu barədə FİFA-nın yaydığı hesabatda bildirilib.

Klublarımız il ərzində futbolçular üçün 1 milyon ABŞ dolları ödəyib. Onların gəlirləri 500 000 dollardan bir qədər çox olub.

Azərbaycanın futbol klublarının 2020-ci ildə heyətlərinə qatdığı futbolçuların sayı da açıqlanıb. Belə ki, komandalar başa çatan ildə 61 oyunçu transfer edib və 51-i ilə yollarını ayırıb. Əməliyyatlarda 10 ölkənin təmsilçiləri iştirak edib.

Bütövlükdə Azərbaycan klubları son 10 ildə (2011-2020) 840 futbolçu transferi həyata keçirib. Ölkə xaricinə transfer olunan oyunçuların sayı 582 nəfərdir.

Son 10 ildə transferlərə 13.7 milyon ABŞ dolları xərcləyən yerli klublar cəmi 2.9 milyon ABŞ dolları gəlir əldə ediblər.  Nəticədə Azərbaycan klubları transferlərdən 10.8 milyon dollar itiriblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR