Son Xəbər: Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib, Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib, Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib, Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək, Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi, Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib, İlham Əliyev Türkiyəyə işgüzar səfər edib, Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik", “Teleradio”ya yeni rəhbər təyin edilib, Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib,

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Tarix: 30-10-2021, 10:59


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında 12 xalla 4-cü pillədə qərarlaşan "Zirə" 7 xalla 7-ci sırada gedən "Keşlə"ni qəbul edəcək. Bu, komandaların Premyer Liqada 25-ci dueli olacaq. Əvvəllər 8 matçda meydan sahibləri qələbə qazanıbsa, 6 qarşılaşmada "Keşlə" 3 xala sevinib. 10 görüşdə isə qalib müəyyənləşməyib. "Qartallar" rəqibinə çempionatdakı son 5 oyunda uduzmayıb.

Günün və turun mərkəzi oyununda "Qarabağ" və "Neftçi" üz-üzə gələcək. 17 xala malik olan tərəflər ilk iki pilləni bölüşürlər. Əzəli rəqiblər indiyədək Azərbaycan çempionatları tarixində 84 dəfə qarşılaşıblar. Bunların 31-də Ağdam təmsilçisi, 23-də flaqman qələbə sevinci yaşayıb. 30 matç isə heç-heçə ilə başa çatıb. Premyer Liqadakı son 7 görüşdən yalnız birində meydan sahibi olan tərəf qələbə qazana bilib. Bundan əlavə, “Neftçi” son 3 oyunda "köhlən atlar"ın qapısına yol tapıb.

"Ağ-qaralar"ın heyətində Ömər Buludov və Xorxe Korreanın mikrozədələri var. Onların görüşdə iştirakına məşqçilər korpusu qərar verəcək. "Qarabağ"da isə əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero, əzələsini dartan Qaspar Panadero, zədələrini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də meydana çıxmayacağı dəqiqdir.

Qarşılaşmanın qiymətləri müvafiq olaraq 2 manat, 3 manat, 5 manat və 15 manat təşkil edir.

Azərbaycan Premyer Liqası, IX tur

30 oktyabr (şənbə)

16:00. “Zirə” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

18:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”

Qeyd edək ki, IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR