Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Qurban Qurbanov: "Qarşıdakı oyunlarda dəyişiklik ola bilər"

Qurban Qurbanov: "Qarşıdakı oyunlarda dəyişiklik ola bilər"

Tarix: 26-01-2022, 10:46

"Qalibiyyət olmamasına baxmayaraq, təlim-məşq toplanışından çox razı qaldım".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbvanov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının yekunu barədə açıqlamasında deyib:

"İnanıram ki, burada texniki cəhətdən gördüyümüz səhvləri oyunlarda azaldacağıq. Futbolçuların hər birindən razı qaldım. Hamısı çox istəkli idi və əsas heyət üçün sonadək mübarizə apardılar. Bu gün iki heyət mübarizə apardı. İkinci hissədə meydana çıxan futbolçular xoş təəssürat oyatdılar. Bəzilərinin daha yaxşı olduğunu gördüm. Bu mənada, qarşıdakı oyunlarda dəyişiklik ola bilər. Çünki futbolçular məni buna məcbur edirlər. Düşünürəm ki, matçlarda xeyli rotasiyalar edə biləcəyik. Futbolçularıma təşəkkür edirəm. Bakıya döndükdən sonra daha yaxşı formada olacağıq".

Qeyd edək ki, "Qarabağ" Antalyada 4 yoxlama oyunu keçirib. Ağdam təmsilçisi ilk matçda Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə, ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub. Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşmada da qol vurulmayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR