Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

“Nant”ın baş məşqçisi: “Qarabağ”la oyunda qalib gəlməyə çalışacağıq”

“Nant”ın baş məşqçisi: “Qarabağ”la oyunda qalib gəlməyə çalışacağıq”

Tarix: 12-09-2022, 11:06

 

“Avropa Liqasında və çempionatda qalib gəlməyi bacarmalıyıq. Ardıcıl iki qələbə qazanmağa çalışacağıq. Futbolçulardan gözlədiyim də budur”.

Mediabiz,az xəbər verir ki, bunu “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Liqa 1-in VII turunda “Loryan”ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

59 yaşlı mütəxəssis məğlubiyyətə görə çox məyus olduğunu bildirib. Sarsıdıcı məğlubiyyət aldıqlarını söyləyən fransalı baş məşqçi ardıcıl iki qələbə qazanma ehtimalında söz açıb:

“Bunu cümə axşamı və xüsusilə bazar günü görəcəyik. İstəyimizi gerçəkləşdirmək üçün iki müsbət nəticə əldə etməliyik. Cümə axşamı “Qarabağ”a, bazar günü isə yaxşı formada olan “Lans”a qarşı nə edəcəyimizi görəcəyik”.

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Görüş saat 20:45-də başlanacaq.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR