Son Xəbər: Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb, ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib, Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib, Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb, TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb, Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb, İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB, Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib, 600 bal toplayanların ən çoxu I qrupdadır,

Bakı səs çoxluğu ilə FIA Baş Assambleyasının ev sahibi seçildi

Bakı səs çoxluğu ilə FIA Baş Assambleyasının ev sahibi seçildi

Tarix: 9-12-2022, 18:52

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının 2023-cü ildəki toplantısı və mükafatlandırma mərasimi Bakıda keçiriləcək.

Bu barədə FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilən iclasında qərar verilib.

Toplantıda ölkəmizi Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Qeyd edək ki, FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasiminə ev sahibliyi etmək üçün bir neçə ölkə, həmçinin, Azərbaycan müraciət etmişdi. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq olunub. Beləliklə, Bakı 2023-cü ilin 4-8 dekabr tarixlərində  bu beynəlxalq tədbirə ev sahibliyi edəcək. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasimi tədbirləri zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcək.

İllik və ya növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan) və mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.

Mükafatlandırma mərasimi isə (FIA Prize-Giving Ceremony) avtomobil idmanı üzrə mötəbər tədbirlərdən biri sayılır. 2011-ci ildən keçirilən bu mərasim FIA Baş Assambleyasının yekununda təşkil olunur və tədbirdə avtomobil idmanı üzrə müxtəlif mükafatlar təqdim edilir.
Bakı səs çoxluğu ilə FIA Baş Assambleyasının ev sahibi seçildi




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR