Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Nazarovdan Almaniyada yeni rekord

Nazarovdan Almaniyada yeni rekord

Tarix: 23-10-2019, 14:16

Millimizin və Almaniyanın "Erzgebirge" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov yeni rekorda imza atıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun rekordu 2-ci Bundesliqa 10-cu turunda "Nürnberq"lə oyunda qeydə alınıb.

Nazarov "Erzgebirge"nin 4:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada komandasının ilk qolunu 62-ci dəqiqədə penaltidən vurub. Bu komandada 12-ci dəfə penaltini yerinə yetirən  oyunçu bunun 11-də dəqiq olub ki, bu da sabiq "Erzgebirge"li Yorq Emmerixə məxsus penalti rekordunun yenilənməsi ilə nəticələnib. 2003-2008-ci illərdə Aue təmsilçisində çıxış edən Yorqun aktivində 10 penalti var.

Qeyd edək ki, 2016-cı ildən "Erzgebirge"də çıxış edən Dmitri Nazarov bu mövsüm 2-ci Bundesliqada 10 oyuna 5 qol vurub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR