Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Konor Makqreqor basketbol oyunu zamanı qadını zorlamağa cəhd edib

Konor Makqreqor basketbol oyunu zamanı qadını zorlamağa cəhd edib

Tarix: 16-06-2023, 09:34

UFC-nin sabiq çempionu, irlandiyalı Konor Makqreqor Milli Basketbol Assosiasiyasının (NBA) “Denver” - “Mayami” komandaları arasında keçirilən oyun zamanı qadına qarşı cinsi təcavüz etməkdə ittiham edilir.

Polisə müraciət edən qadın şikayətində yazıb ki, irlandiyalı döyüşçü mühafizəçilərinin köməyi ilə onu basketbolçuların istifadəsi üçün nəzərdə tutulan tualetə salıb və qadını sekslə məşğul olmağa məcbur edib.

Lakin qadın dirsəyi ilə onu qarın nahiyəsinə zərbə endirərək oradan uzaqlaşa bilib.

Artıq insidentlə bağlı “Mayami” klubu açıqlama yayaraq iddianın ciddi şəkildə araşdırıldığını qeyd edib.

“Biz hadisədən xəbərdarıq və araşdırma aparırıq. Nəticələr məlum olana qədər əlavə şərh verməkdən imtina edirik”, - “Mayami” basketbol klubunun açıqlamasında vurğulanır.

Öz növbəsində UFC-də zorlanma ittihamını araşdırdığını açıqlayıb.

Konor Makqreqorun nümayəndələri isə iddiaların yalan olduğunu bildiriblər.

Mənbə: TMZ




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR