Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın rəqibləri dəqiqləşir, Vüsal İsgəndərli Ermənistan klubuna qarşı - AFİŞA

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın rəqibləri dəqiqləşir, Vüsal İsgəndərli Ermənistan klubuna qarşı - AFİŞA

Tarix: 20-07-2023, 09:29

Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Mediabiz.az xəbər verir ki, Azərbaycan klublarının II raunddakı rəqibləri müəyyənləşəcək.

Əvvəlcə “Sabah”ın mümkün rəqibləri olan Latviyanın RFŞ və Şimali Makedoniyanın təmsilçisi “Makedoniya GP” kollektivləri birincilərin meydanında üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Makedoniyadakı ilk oyunda qonaqlar qələbə qazanıblar - 1:0.

“Neftçi”nin potensial rəqibləri olan Belarusun “Dinamo” (Minsk) klubu isə Bosniya və Herseqovina “Jelezniçar”ı ilə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, Bakıda “Azərsun Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk matç bərabərliklə yekunlaşıb - 2:2.

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı isə Ermənistanın “Ararat-Armenia” komandasını qəbul edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək. İrəvandakı ilk dueldə 1:1 hesablı heç-heçə qeydə alınıb. Azərbaycanlı yarımmüdafiəçi həmin matçın 59-cu dəqiqəsində meydana daxil olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR