Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Ekşteyn Azərbaycandakı durumundan danışdı

Ekşteyn Azərbaycandakı durumundan danışdı

Tarix: 2-04-2020, 16:53

"Səbail”in futbolçusu Hendrik Ekşteyn evdə məşq etmək üçün idman avadanlıqları alıb.
Mediabiz.az xəbər verir ki ,bu barədə cənubi afrikalı yarımmüdafiəçi kickoff.com-a açıqlamasında deyib.
"Bakıda çölə çıxıb futbol oynaya bilmədiyim üçün bu günlərdə evdə məşq edirəm. Evdə məşq etmək üçün bir neçə idman avadanlığı almışam. Bu avadanlıqları ala bilməyən oyunçuya bir tövsiyə edə bilərəm. Onlar evdə uyğun olacaq hər şeydən istifadə edə bilərlər. Evdə stullarla məşq etmək mümkündür" - deyə o bildirib.
29 yaşlı oyunçu  Azərbaycandan koronavirus səbəbindən yaranan vəziyyəti də şərh edib: "Bakıda tam qapalı vəziyyətdə yaşamırıq. Burada Cənubi Afrikada kimi deyil, amma yenə də evdə qalmağın vacib olduğunu vurğulayırlar. Buna görə evdə oluruq. Küçədə ordu yoxdur, buna görə də küçəyə çıxa bilirik. Klub bizə bəzi tapşırıqlar verib".
Ekşteyn "Səbail"də onun üçün hər şey qaydasında olduğunu vurğulayıb: "Azərbaycana qayıtdığım üçün xoşbəxtəm. Futbolun yenidən başlanmasını gözləyirəm”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR