Son Xəbər: Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb, KİV: İsrail bir müddətdir Qahirədə HAMAS liderlərini öldürməyə cəhd göstərir, Xüsusi nümayəndələr Ermənistan-Türkiyə normallaşma prosesini müzakirə edib, Yeni tədris ilində Bakıda 505 mindən çox şagird təhsil alacaq, Rusiya Azərbaycan və Ermənistandan "3+3" formatında görüş üçün əməli addımlar gözləyir, Kreml: Rusiya və Ukrayna arasında danışıqlarda fasilə yaranıb, Şənbə günü yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ, Elm və təhsil naziri: İbtidai təhsildə, dərsliklərdə problemlər var, Azərbaycanın sərbəst güləşçisi: "Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm", Şahzadə Harri Kiyevə gözlənilməz səfər edib,

“Növbəti mövsüm ÇL oyunları Bakıda keçirilə bilər” - Klub prezidenti

“Növbəti mövsüm ÇL oyunları Bakıda keçirilə bilər” - Klub prezidenti

Tarix: 11-09-2023, 10:00

Minifutbol üzrə Çempionlar Liqasında 3-cü yeri tutan “Zirə” komandası Azərbaycana qayıdıb. “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında komandanın üzvləri jurnalistlərin suallarını cavablandırıb. 

Əvvəlcə komandanın kapitanı Seymur Məmmədov qazandıqları uğur barədə danışıb: “Çempionat bizim üçün uğursuz başladı. Amma şansımız var idi. Daha sonra özümüzə gəldik və uda-uda gedirdik. Yarımfinalda öz səhvimizin ucbatından məğlub olduq. Rəqib udulası komanda idi, amma bəxtimiz gətirmədi. Yaxşı təlim-məşq toplanışı keçmişdik. Məğlubiyyətlərdən sonra da ümidimizi üzməmişdik. Bilirdik ki, gücümüz var, şansımız var. Qrupdakı son matç final oyunu kimi idi və bundan yararlandıq”. 

Daha sonra baş məşqçi Elşad Quliyev milli komanda ilə Avropa çempionu olduqdan sonra “Zirə” ilə əldə etdikləri nəticədən söz açıb: “Düzdür, biz çempionata yaxşı başlamamışdıq. Gözləmədiyimiz komandalar var idi. Onların bu qədər güclü olacağını düşünmürdük, bunu hesablamamışdıq. Amma sonradan özümüzə gəldik. Bu bizim üçün təcrübə idi. İlk dəfə idi ki, iştirak edirdik. 8 yeni oyunçumuz var idi və onlar komandaya qoşulanda vaxtımız az oldu ki, hazırlaşaq. Onların adaptasiyası keçdikdən sonra nəticə gəlməyə başladı. İki məğlubiyyət yeni qoşulanların komandaya uyğunlaşmaması ilə bağlı idi”. 

Klubun prezidenti Taleh Nəsibov ölkə çempionatının yaradılmasının nəticələrə təsir etdiyini deyib: “Çempionatımızda 17 komanda mübarizə apardı və iki komanda Çempionlar Liqasına yollandı. “Birbaşa” və “Zirə” qitənin ən yaxşı turnirində mübarizə apardılar. “Zəngəzur” da Bolqarıstana yollanacaq. Milli komanda Avropa çempionatına yollandıqdan sonra tapşırıq verilib ki, bu idman növü inkişaf etdirilsin. Çempionlar Liqası keçirilən müddətdə müyyən hadisələr oldu. Bəzi səbəblərdən ilk 2 matçda uduzduq, həm də təcrübəsiz idik. Düşünürəm ki, gələn mövsüm daha yaxşı nəticələr əldə edə bilərik. Rumıniyanın AEK komandasını “Zirə” məğlub etdi, amma digər təmsilçimiz onlara uduzdu. Onlar ölkə çempionatının qalibidirlər”.

T.Nəsibov növbəti mövsüm Çempionlar Liqasının (ÇL) Bakıda keçirilə biləcəyini deyib: “Avropa Minifutbol Federasiyasının rəhbərliyi ilə danışıqlar aparmışıq. Onlar dedilər ki, bunu müzakirə edib qərar verəcəyik. Onlara bildirdik ki, bizdə şərait var, çempionatı qəbul edə bilərik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR