Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Pərviz Abdullayev: “Gördüm ki, Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var”

Pərviz Abdullayev: “Gördüm ki, Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var”

Tarix: 14-04-2020, 22:07

“Çoxdandır arzusunda olduğum “Survivor” yarışı mənim üçün gözəl bir macəra oldu”. 

Mediabiz.az-ın xəbərinə görə, bunu Azərbaycan kikboksçusu Pərviz Abdullayev deyib.

“Kobra” ləqəbli idmançımız bir həftə əvvəl SMS yolu ilə kənarlaşdırıldığı “Survivor” realiti-şousu barədə fikirlərini “Instagram” hesabında bildirib. O, dəstəyə görə hamıya minnətdarlığını ifadə edib:
“Yarışda keçirdiyim zaman ərzində həmvətənlərimin və türk qardaşlarımın dəstəyini daim hiss etdim. Mənə qarşı olan inamınızı bacardığım qədər doğrultmağa çalışdım, həm orada göstərdiyim performansla, həm də xarakterimlə. Orada türk dostlarımın mənə olan hörməti və sizin sevginiz sayəsində özümü heç də qəriblikdə hiss etmədim. 
Bunu bir daha gördüm ki, bütün addımlarımda mənə hər zaman dəstək olan, uğuruma sevinən, iki dövlət, bir millət olaraq Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var. Bu yarış mənə yaxşı dostlar qazandırdı.
Onlara da yarışda və şəxsi həyatlarında uğurlar arzulayır, başda Acun Ilıcalı olmaqla, bütün “Survivor” kollektivinə minnətdarlığımı bildirirəm. Siz - əziz həmvətənlərimə də qəlbinizlə daim yanımda olub məni dəstəklədiyiniz üçün təşəkkür edirəm!”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR