Son Xəbər: İlham Əliyev Ərdoğanla telefonla danışdı, İranda bu tarixdə prezident seçkiləri keçiriləcək, Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində Kirantsa yeni yol çəkiləcək, BMT TŞ İranda helikopter qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, Mincivan qəsəbəsinə birinci mərhələdə 3 min 146 nəfər köçürüləcək, Qarabağ Universitetinə rektor təyin olundu, İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək - YENİLƏNİB, 18 yaşadək nikah istisnaları ləğv edilə bilər, İfadəsində generalın adını çəkmişdi, məhkəmədə “tanımıram” dedi, Rəisinin dəfn tarixi və yeri açıqlandı,

Əfsanəvi Mayk Tayson boks tarixinə düşəcək

Əfsanəvi Mayk Tayson boks tarixinə düşəcək

Tarix: 30-04-2024, 12:20

Əfsanəvi amerikalı boksçu Mayk Tayson məşhur bloqqer Ceyk Pola qarşı döyüşdə ən uzun peşəkar karyeraya görə dünya rekordu qıracaq.

Ağır çəkidə döyüş iyulun 20-də ABŞ-dəki Arlinqton stadionunda keçiriləcək.

Tayson 1985-ci ilin martında peşəkar rinqdə debüt etdi. Pola qarşı döyüş 39 ildən (14 371 gün) sonra baş tutacaq. Beləliklə, "Dəmir Mayk" karyerası 34 il davam edən amerikalı Roy Consun rekordunu qıracaq.

Qeyd edək ki, 57 yaşlı Mayk Tayson ağır çəkidə keçmiş dünya çempionudur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR