Son Xəbər: London və Tehran razılığa gəldi, İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib, Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb, Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib, İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib, Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər, Azərbaycan neftinin qiyməti 74 dollara düşüb, Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb,

"Azərbaycan millisində oynayacağım barədə oxumuşam" - Miçel

"Azərbaycan millisində oynayacağım barədə oxumuşam" - Miçel

Tarix: 20-04-2020, 17:09

"Birmingem"də olarkən çox gənc idim, amma Yunanıstanda daha çox iş gördüm. İsraildə yaxşı təcrübə topladığımı düşünürəm. İndi də Azərbaycandayam. Bu mənim ən yaxşı şəxsi məqamlarımdan biridir".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel Madera “Elcomercio” nəşrinə müsahibəsində deyib.

İspaniyalı yarımmüdafiəçi Ağdam klubu ilə müqavləsinin davam etdiyini xatırladarq qarşıdakı məqsədlərindən danışıb: "Artıq 5 ildir Azərbaycandayam və "Qarabağ"la hələ daha bir illik müqaviləm var. Hazırda çempionatda liderik və yenidən Çempionlar Liqasında mübarizə aparmağa çalışırıq. Amma burada qrupa düşmək daha çətindir. Çünki bunun üçün 4 mərhələ keçməlisən".

O, İspaniyada çıxış etdiyi sabiq klubu "Sportinq" üçün darıxdığını bildirib: "Etiraf edim ki, "Sportinq Xixon"un stadionu "El Molinon"da sonuncu dəfə oynamaq arzum var. “Xixon "Sportinq”i ikinci evimdir, mənə hər şeyi verib. İstədiyim və həmişə istəyəcəyim klubdur. Çox yerdə oynamışam, amma o mühitin istiliyi ilə başqa bir meydanda hərəkət etdiyimi xatırlamıram. 2017/2018 mövsümündə “Real"ı məğlub etdik. Başıma gələn ən inanılmaz şeylər həmin mövsümdə oldu".
 

Miçel Azərbaycan yığmasından təklif alıb-almamsı ilə bağlı sualı da cavablandırıb. O, bu barədə yazılanaları oxuduğunu, ancaq belə bir təklif almadığını deyib: "Belə bir şey oxudum, amma yalandır. Heç vaxt milliləşdirmə təklifi olmayıb" - deyə Miçel bildirib.
 
35 yaşlı yarımmüdafiəçi "Sportinq Xixon"a dönmə ehtimalının çox az olduğunu da əlav edib: "Sportinq"ə qayıtmaq ehtimalım yoxdur, amma istərdim. Peşəkar karyerama bu klubda başlamışam. Oynadığım klublara görə peşman deyiləm, hamısına minnətdaram". 
Qeyd edək ki, Miçel 2015-ci ildən "Qarabağ"da çıxış edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR