Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Çerçesov Azərbaycan millisinə təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

Çerçesov Azərbaycan millisinə təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

Tarix: 27-05-2024, 09:14

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan millisinə mümkün təyinatla bağlı yayılan məlumatlara cavab verib.

"Bəli, mən bu barədə xəbərləri görmüşəm. Amma hələlik məsələ rəsmi danışıqlara çatmayıb. Mən belə şeylərə ciddi yanaşıram, çünki Azərbaycan zəngin futbol ənənələri olan ölkədir. Onun milli komandası ilə ən çətin problemləri həll etməm mümkündür.

Avropa Liqasının finalının Bakıda keçirilməsinin özü çox şey deyir. Milli Futbol Federasiyasına bu yaxınlarda yeni prezident Rövşən Nəcəf rəhbərlik edirdi, o, iddialı liderdir və düzgün qərar qəbul etmək üçün onun vaxta ehtiyacı var", - Çerçesov bildirib.

Qeyd edək ki, martın sonunda Çerçesovun Azərbaycan milli komandasının baş məşqçisi postuna namizəd olması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

Xatırladaq ki, Çerçesov 2016-2021-ci illərdə Rusiya millisinin baş məşqçisi vəzifəsində çalışıb. Bu müddətdə onun rəhbərliyi altında Rusiya millisi bütün turnirlərdə 57 oyun keçirib, 25 dəfə qalib gəlib, 11 dəfə heç-heçə edib, 21 dəfə məğlub olub.

60 yaşlı mütəxəssisin son iş yeri 2021-ci ilin dekabrından 2023-cü ilin iyuluna kimi rəhbərlik etdiyi "Ferentsvaroş" olub. "Ferentsvaroş" ilə birlikdə Çerçesov iki dəfə Macarıstan çempionatının, həmçinin Macarıstan Kubokunun qalibi olub.

Mənbə: mk.ru




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR