Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Futbol üzrə Hollandiya çempionatı rəsmən ləğv olundu

Futbol üzrə Hollandiya çempionatı rəsmən ləğv olundu

Tarix: 24-04-2020, 22:37

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış futbol üzrə Hollandiya çempionatının taleyinə aydınlıq gəlib.

Mediabiz.az Hollandiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Erediviziyada 2019/20 mövsümünün ləğvinə qərar verib. Federasiya rəhbərliyi ilə klublar arasında keçirilən təcili iclasda ölkədəki bütün kütləvi tədbirlərin, eləcə də idman yarışlarının sentyabrın 1-dək qadağan edilməsi səbəbindən, Erediviziya və digər futbol yarışlarının da ləğvi labüd bilinib.
Beləliklə, yekun qərara əsasən, Erediviziyada bu mövsüm üçün çempion elan olunmayacaq və yüksək liqanı heç bir komanda tərk etməyəcək. Yeni mövsüm hazırkı 18 klubun iştirakı ilə başlayacaq. Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşəcək.
Qeyd edək ki, Hollandiya çempionatı martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Yekun sıralamaya əsasən, “Ayaks” və “AZ Alkmaar” 56 xalla ortaq liderlik edirdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR