Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

"Yuventus"un futbolçusunun dördüncü testi də müsbət çıxdı

"Yuventus"un futbolçusunun dördüncü testi də müsbət çıxdı

Tarix: 29-04-2020, 12:32

İtaliyanın “Yuventus” klubunun futbolçusu Paulo Dibalada yenidən koronavirus aşkarlanıb.

Mediabiz.az “Football Italia” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun müvafiq testi 4-cü dəfə müsbət nəticələnib.
Dibala hazırda daha intensiv müalicədən keçmək niyyətindədir. Çünki Turin təmsilçisi mayda məşqləri bərpa etməyi planlaşdırır. 
Argentinalı forvard antikorların olub-olmaması üçün qan analizi verəcək. Belə bir hal aşkarlansa, həkimlər daha bir müalicə kursu təyin edəcəklər.
Qeyd edək ki, İtaliya A Seriyası XXVI turdan sonra koronavirusa görə dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. Paulo Dibala 2015-ci ilin yayından “Yuventus”da çıxış edir. Daha öncə Turin təmsilçisinin futbolçuları Daniel Ruqani və Blez Matüidi koronavirusa qalib gəlib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR