Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib

Azərbaycanda ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib

Tarix: 3-02-2025, 14:08

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ölkəmizdə ilk dəfə konsept trenajorda  yarış keçirib. 

Akademik avarçəkmə növündə təşkil edilən Federasiya birinciliyində 30 nəfərdən çox idmançı mübarizə aparıb. Kişilər arasında əsas yığma komandanın mübarizəsində Bəhmən Nəsiri yarışın ümumi ən yaxşı nəticəsini göstərib.

Nəsiri 2000 metr şərti məsafəni 5.49.9 dəqiqəyə başa vurmaqla həm də dünya konsept yarışlarında ən yaxşılar sırasında yer alıb. Belə ki, sonuncu dünya çempionatının nəticələri ilə müqayisədə Bəhmən Nəsirinin nəticəsi 4-cü olub.

Federasiya birinciliyində eyni kateqoriyada mübarizə aparan Murad  Sadıxov ikinci, Ziya Məmmədzadə üçüncü olub. Qeyd edək ki, Ziya Məmmədzadənin çəkisində son dünya çempionatının nəticələrinə əsasən idmançımız ilk onluğa düşür.

Yarışın digər nəticələri isə belədir. 1000 metr məsafədə 2007-2010-cu il təvəllüdlü oğlanlar arasında Məhəmməd Həsənov birinci, Sabit Abdullayev ikinci, Ümid Abbaszadə 3-cü yer tutub.  

500 metr məsafədə 2010-2013-cü il təvəllüdlü oğlanların mübarizəsində Ruslan Fərəcov bütün rəqiblərini üstələyib. Şamil Şəfizadə ikinci, Yusif Əliyev üçüncü yerə layiq görülüb.  

2007-2010-cü il təvəllüdlü qızlar arasında 500 metr məsafəyə mübarizədə Valeriya Vaskovska fəxri kürsünün ilk pilləsinə qalxıb. Sara Mirzəyeva ikinci, Fatimə Məhərrəmli isə üçüncü olub. 

Qalib idmançılar Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən diplomla mükafatlandırılıb. 

Azərbaycanda ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib











RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR