Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

"Azarkeşlər "Qarabağ"la oyunu heç vaxt unutmayacaqlar"

"Azarkeşlər "Qarabağ"la oyunu heç vaxt unutmayacaqlar"

Tarix: 13-05-2020, 12:37


"Qarabağ" digər qarşılaşdığımız komandalardan fərqli səviyyədə idi. Qısa müddətdə hesabda önə keçdilər. Amma birinci hissənin bitməsinə 5 dəqiqə qalmış hesabı bərabərləşdirdim”.

Mediabiz.az xəbər verir ki, bu sözləri Şimali İrlandiyanın "Linfild" klubunun futbolçusu Mark Stafford deyib.

Şimali irlandiyalı futbolçu yerli mətbuata açıqlamasında karyerası ərzində unuda bilmədiyi 3 matçın adını çəkib. O, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı evdə 3:2 hesabı ilə məğlub etdikləri görüşün də unudulmaz olduğunu bildirib:

“Şeyn Leyveri hissənin sonlarında fərqləndi. O, sonra özünün ikinci qolunu vurdu və 3:2 hesabı ilə qalib gəldik. Avrokubok oyunlarından öncə İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olduq və bu, komandamıza çox yaxşı təsir etdi. Avrokubok oyunlarında iştiraka başlayanda ən yaxşı formada idim.

"Qarabağ"la oyunda "Vindsor Park" stadionundakı atmosfer əla idi. Bu, klubumuzun avrokuboklarda keçirdiyi ən böyük gecələrdən biri idi.  Azarkeşlər bunu heç vaxt unutmayacaq. Avrokubok oyunu fərqlidir, hər zaman böyük izdiham yaşanır".


Xatırladaq ki, "Qarabağ" səfərdə 2:3 uduzsa da, Bakıda 2:1 hesablı qələbə ilə Avropa Liqasının qrup mərhələsinə yüksəlmişdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR