Son Xəbər: İlham Əliyev: Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır, Hakan Fidan onunla qəza haqda danışdı, Təyyarə siqnal vermədən radarlardan itib, ABŞ-də görüşdülər, Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı, Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR, Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi, Babək Quliyev UEFA-dan növbəti təyinat alıb, Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaq, London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib,

"Qarabağ"dan Avropada TARİXİ QƏLƏBƏ

"Qarabağ"dan Avropada TARİXİ QƏLƏBƏ

Tarix: 17-09-2025, 09:00

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.

"Eştadiu da Luş" stadionunda reallaşan matç "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.

Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

Bundan sonra özündə güc tapan Azərbaycan çempionu matçda geri dönüş yarada bilib. İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib. "Qarabağ"ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda beşinci qol vurulub.

"Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesabda önə keçib - 3:2.

86-ci dəqiqədə Aleksey Kaşuk rəqib diqqət mərkəzinə düşüb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

 Ağdam komandası jeanl bərabərləşdirib - 2:2.

48-ci dəqiqədə Kamilo Duran rəqib komandanın qapısına yol tapıb.


***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

 "Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb - 2:1.

30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.


***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci qol vurulub.

 "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri növbəti dəfə fərqləniblər - 2:0.

16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.


***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə "Qarabağ" komandaları arasında keçirilən oyunda hesab açılıb.

Lissabon şəhərindəki “Da Luş" stadionunda təşkil olunan görüşün 6-cı dəqiqəsində rəqibin heyətində Entso Barrenеçеа fərqlənib.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada “Benfika” ilə “Qarabağ” komandaları arasında keçirilən oyun başlayıb.

Lissabon şəhərindəki “Da Luş” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçı belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR