Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Sumqayıt” bu gün koronavirus testindən keçəcək, “Qəbələ” isə tələsmir

“Sumqayıt” bu gün koronavirus testindən keçəcək, “Qəbələ” isə tələsmir

Tarix: 18-05-2020, 14:07

Xəbər verdiyimiz kimi, AFFA Azərbaycan Premyer Liqasında çıxış edən səkkiz klubun koronavirus testindən keçməsi üçün beş min manat maliyyə vəsaiti ayırıb.

Kulublarımızdan “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə”, “Sabah” və “Səbail” klubları koronavirus testindən keçdiklərini və nəticələrin neqativ çıxdığını açıqlayıb. 
Ancaq paytaxtdan kənarda fəaliyyət göstərən “Sumqayıt” və “Qəbələ” klubları isə bu barədə heç bir məlumat yaymayıb. Bunun üçün hər iki klubla əlaqə saxladıq.
“Sumqayıt”ın prezidenti Riad Rəfiyev saytımıza açıqlamasında bu gün testdən keçəcəklərini bildirib:
“Testdən keçmək planımızda təxirə salınma yoxdur. Bu gün klubun məşqçilər heyəti, futbolçular koronavirus testindən keçəcək”.
“Qəbələ”nin prezidenti Fariz Nəcəfov isə açıqlamasında testdən keçmək üçün tələsmədiklərini açıqlayıb:
“Düzdür, beş min manat məbləğ hesabımıza AFFA tərəfindən köçürülüb. Lakin testdən keçmək üçün konkret bizə vaxt qoyulmayıb. Təbii ki, ayrılan məbləğlə testdən keçəcəyik. Amma bunun üçün klubların məşqlərə başlayacağı tarix bilinməlidir.
Çünki indi keçsək, məşqlərə başlamazdan əvvəl yenidən keçməli olacağıq. Əgər AFFA klublara məşqlərin və ya çempionatın bərpası barədə tarixi açıqlasa, biz də o zaman testdən keçəcəyik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR