Son Xəbər: London və Tehran razılığa gəldi, İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib, Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb, Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib, İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib, Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər, Azərbaycan neftinin qiyməti 74 dollara düşüb, Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb,

Rəşad Sadıqov Avropanın rekordçu kapitanları SİYAHISINDA

Rəşad Sadıqov Avropanın rekordçu kapitanları SİYAHISINDA

Tarix: 23-05-2020, 12:22

UEFA-ya üzv olan ölkələrin milli komandalarının rekordçu kapitanların siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, cədvələ öz yığmasını ən azı 75 matça kapitan kimi çıxaran futbolçular yer alıb.
Avropada yalnız 12 oyunçu bunu bacarıb. Cədvələ Portuqaliya millisinin canlı əfsanəsi Kriştianu Ronaldo başçılıq edir. O, 108 dəfə kapitanlıq sarğısını taxıb. İspaniya yığmasının sabiq kapitanı İker Kasilyas da 100 səddini arxada qoya bilib.
Azərbaycan millisinin oyun və kapitanlıq sayındakı rekordçusu Rəşad Sadıqov da siyahıda yer alıb. Yığma karyerasını bitirən 38 yaşlı müdafiəçi 78 dəfə komandanın kapitanı olub. O, bu göstəricidə Avropanın 12-cisidir.
75 və daha çox qarşılaşmada kapitan olanlar arasında sonuncu sırada qərarlaşan Rəşad bunu bacarmayan onlarla əfsanəni geridə qoyub. Paolo Maldini, Robbi Kin, Yari Litmanen, Lotar Matteus, Frank de Bur, Georgi Hacı, Devid Bekhem, Dino Zoff kimi əfsanələr “14 nömrəmiz”in kapitanlıq sayına həsəd apara bilər.
2004-cü il oktyabrın 9-da Şimali İrlandiya ilə Bakıdakı matça (0:0) ilk dəfə kapitan kimi çıxan 22 yaşlı futbolçu 13 il bu statusa malik olub. O, 2017-ci il oktyabrın 5-də Çexiya ilə matçda kapitan kimi son dəfə meydana daxil olub. Əslində, yığmada 111 oyun keçirib 78 dəfə kapitan olan futbolçunun göstəriciləri daha yüksək ola bilərdi. Lakin 2006-07-ci illərdə yığmanın çalışdırıcısı Şahin Diniyev və müdafiəçi arasındakı anlaşılmazlıqlar üzündən Rəşad kənarda qalıb. O, 15 aya sığan 16 matçda komandaya çağırılmayıb.
75 və daha çox oyunda millinin kapitanı olan Avropa futbolçuları
1. Kriştianu Ronaldo (Portuqaliya) - 108
2. İker Kasilys (İspaniya) - 104
3. Torbyen Svenssen (Norveç) - 93
4. Byorn Nordkvist (İsveç) - 92
5-7. Bobbi Mur (İngiltərə) - 90
Billi Rayt (İngiltərə) - 90
Uqo Loris (Fransa) - 90
8-9. Vitali Astafyev (Latviya) - 86
Viktor Onopko (Rusiya) - 86
10. Canluici Buffon (İtaliya) - 80
11. Fabio Kannavaro (İtaliya) - 79
12. Rəşad Sadıqov (Azərbaycan) - 78




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR