Son Xəbər: "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib, Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub, Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək, Rusiyada mədən çöküb, uçqun altında qalanlar var, Premyer Liqa: Təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək, Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür, XTQ-nin yaradılmasından 27 il ötür, Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür, Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək, Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar,

5 güləşçimiz mübarizəyə başlayır

5 güləşçimiz mübarizəyə başlayır

Tarix: 24-04-2026, 10:34

5 güləşçimiz mübarizəyə başlayır

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Bu gün Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.

İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxacaqlar.

Bu gün həmçinin Azərbaycanın üç qadın güləşçisinin bürünc medal uğrunda görüşü var. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova 3-cü yer uğrunda güləşəcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR