Son Xəbər: Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək, Bakıda "enerji həftəsi" keçiriləcək, IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır, Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb, Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb, Baş Prokuror İran səfirini qəbul edib, Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb, İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək, Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib, Sabah Bakıda yağış yağacaq,

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

Tarix: Bugün, 09:29


Misli Premyer Liqasında bu gün XXIX tura start veriləcək.

Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "İmişli" "Sumqayıt"la üz-üzə gələcək. Elçin Məsiyevin idarə edəcəyi görüş, Quba Olimpiya İdman Kompleksində, saat 16:00-da start götürəcək. "Sumqayıt" hazırda 35 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 9-cu yerdə olan "İmişli"nin isə 29 xalı var.

Günün son matçı Qəbələdə keçiriləcək. "Qəbələ" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 18:30-da start götürəcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq. 39 xala malik "Araz-Naxçıvan" 6-cı yerdə qərarlaşıb. "Qəbələ" 19 xalla 11-cidir.

Qeyd edək ki, XXIX tura aprelin 27-də yekun vurulacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR