Son Xəbər: Təhsilini başqa dildə almaq istəyən şagirdlər üçün - Qaydalar, “Mallar anbarlarda 5-6 il sahibsiz qalır, köhnəlib xarab olur”, AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi, Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb, Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub, Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb, Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi, Sara Əzimovaya yeni vəzifə verilib, Nazir: "Naxçıvanın ölkə iqtisadiyyatında payı artır", Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları - ARAŞDIRMA,

AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi

AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi

Tarix: Bugün, 15:32

 AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 29-cu turunun cəzalarını açıqlayıb.

Turun mərkəzi görüşü olan “Neftçi” – “Qarabağ” matçında azarkeşlərin hərəkətlərinə görə hər iki komanda ziyana düşüb. 

“Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilib. 
 
 “Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib. 
 
“Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilib. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR