Son Xəbər: DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər, İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib, Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək, Biləcəridə işıq olmayacaq, "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır, Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb, Netanyahu təhlükəsizlik müşavirəsi keçirir, Gürcüstanın yeni patriarxı seçilib, Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib, Tərtərdə iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb,

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır

Tarix: Bugün, 09:27

 "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır.

Üçüncü mərhələ 162,9 kilometr məsafəni əhatə edəcək.

Qəbələdə start götürəcək tur Mingəçevirdə yekunlaşacaq.

İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Ötən gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov növbəti raundun qalibi olub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR