Son Xəbər: Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur, Xəzər dənizində zəlzələ olub, Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib,

UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub

UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub

Tarix: 3-06-2026, 11:07

 UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə iştirak edəcək komandalar müəyyənləşib.

Apasport.az xəbər verir ki, turnirdə ümumilikdə 81 klub mübarizə aparacaq.

Onlardan 36-sı əsas mərhələdə çıxış edəcək. Bu komandalardan 29-u artıq bəllidir. Daha 7 klub isə təsnifat mərhələlərinin yekununda müəyyənləşəcək. Həmin komandalardan 5-i çempionlar yolundan, 2-si isə liqa yolundan əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələdə İngiltərədən “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa” və “Liverpul” iştirak edəcək. İtaliyanı “İnter”, “Napoli”, “Roma” və “Komo”, İspaniyanı isə “Barselona”, “Real Madrid”, “Vilyarreal”, “Atletiko” və “Betis” təmsil edəcək.

Almaniyadan “Bavariya”, Dortmund “Borussiya”sı, “Leyptsiq” və “Ştutqart”, Fransadan PSJ, “Lans” və “Lill” əsas mərhələdə yer alacaq. Bundan başqa, PSV, “Feyenoord”, “Portu”, “Sportinq”, “Brügge”, “Slaviya”, “Qalatasaray” və “Şaxtyor” da birbaşa əsas mərhələdə çıxış edəcək. Türkiyənin digər təmsilçisi “Fənərbaxça” isə Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Ölkəmizi isə qitənin ən nüfuzlu futbol turnirində “Sabah” təmsil edəcək. Komandamız mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. “Sabah” çempionlar yolunda yer alıb.

Təsnifat mərhələlərinin oyunları 7-8 iyulda start götürəcək. Əsas mərhələ isə sentyabrın 8-10-da başlayacaq.

Final oyunu 2027-ci il iyunun 5-də Madriddə keçiriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR