Son Xəbər: AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib, Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad - ŞƏRH, Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək, "Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib, AZAL Brüsselə birbaşa uçuşlara başlayır - YENİLƏNİB, Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub, Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb, Nazir: "Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib", Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək, Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb,

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək

Tarix: Bugün, 10:46

İyulun 10-da Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək.

Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

İlk dəfə "Sea Breeze Resort" təşkil olunacaq yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq.

Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunacaq. 47,6 kq-da dünya çempionu Sübhan Mamedov Riçard Qardla (Filippin) üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (70 kq) Səidcəmşid Cəfərov (72,6 kq) müvafiq olaraq, Nurtas Ajbenov (Qazaxıstan) və Nikolay Veselov (Belarus) ilə qarşılaşacaq.

Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kq) Xurşidbek Rasuljonovla (Özbəkistan), Dünya kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayacaq. Boksçuların hər birinin döyüşü 6 raunddan ibarət olacaq.

Digər görüşdə isə Çeerav Aşalayevlə (Rusiya, 76,2 kq) Mixail Dolqolevets (Belarus) münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşma 8 raund davam edəcək.

Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 19:00-da start götürəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR