Son Xəbər: "Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib, "Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir, Sabah 37 dərəcə isti olacaq, Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq, Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM, Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb, Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb, Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib, Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər, Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto,

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Tarix: Bugün, 14:21

 "Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıda baş tutacaq görüşdə rotasiyalar gözlənilir.

Bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.

"Heyətlə bağlı götür-qoy edəcəyik. Oyunçular arasında ən hazırlıqlı olanı Aleksey Kaşukdur. Sabah rotasiyalar edəcəyik. Çox düşünəcək halda deyilik. Əksinə, oyuna köklənməliyik. Matçın axarına uyğun dəyişikliklər edəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə Ukrayna təmsilçisi 1:0 hesablı qələbə qazanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR