Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Azərbaycanda həndbol yarışlarının taleyinə bir həftə sonra aydınlıq gələcək

Azərbaycanda həndbol yarışlarının taleyinə bir həftə sonra aydınlıq gələcək

Tarix: 8-06-2020, 23:55

“İyunun 1-də qapalı zalların açılacağını gözləyirdik. Lakin yalnız açıq hava məkanında olan idman qurğularının fəaliyyətinə icazə verildi. Bu üzdən də həndbol üzrə Azərbaycan çempionatı ilə bağlı qərarı daha sonraya saxladıq. İndi iyunun 15-də veriləcək qərarı gözləyirik”.
Bunu Mediabiz.az -a Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov deyib.
Basketbol və voleyboldan fərqli olaraq, həndbol üzrə Azərbaycan çempionatının bərpa və ya ləğv olunacağı hələ də dəqiq bilinmir. İsgəndər Əsgərov kişilərin çempionatının və Azərbaycan kubokunun (kişi və qadınlar) bərpa olunacağına ümid etdiklərini bildirib:
“İyunun 15-i zallar açılsa, bizim çempionatı bərpa edib, başa vurmağımız üçün bir ayımız qalır. Onda çempionatı bərpa edə bilərik. İstənilən halda, qadınların çempionatı keçirilməyəcək. Çünki dörd tur qalıb və orada çempion bəllidir. Amma kişilərdə çempionun kim olacağı bilinmir. Bu üzdən də yarışı bərpa etmək istəyirik. Kişilərdə beş tur qalıb.
Həm kişilərdə, həm də qadınlarda Azərbaycan Kubokunun yarımfinal və final oyunları da qalıb. Qadın komandalarında legionerlər Azərbaycanı tərk edib. Klubların legionersiz oynamağa razılıq verəcəyini də bilmirik. Qərar verərkən klubların da fikirlərini öyrənəcəyik”.
Qeyd edək ki, martın 16-da Azərbaycanda keçirilən həndbol üzrə bütün yarışlar koronavirus pandemiyasına görə dayandırılıb.  




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR