Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Millimizin sabiq üzvü: “Qadağaya baxmayaraq, Norveçdə şəhidləri yad etdim” - VİDEO

Millimizin sabiq üzvü: “Qadağaya baxmayaraq, Norveçdə şəhidləri yad etdim” - VİDEO

Tarix: 14-07-2020, 22:06




Aprel döyüşləri zamanı Avropa çempionatında mənə məşqçilərim dedilər ki, bu çəkini qaldırsan, medal sənindir. Hakimlər də mənə bildirdi ki, iştirakından sonra hərbiyə aid nəsə hərəkət etsən, səni yarışdan kənarlaşdıracağıq və medal qazansan da o, əlindən alınacaq”.

AzadMedia.Az xəbər verir ki, bunu ağırlıqqaldırma üzrə millimizin sabiq üzvü Elmar Əliyev deyib.

O, 2016-cı ilin aprelin 8-16-sı tarixlərində Norveçin Förde şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 56 kq çəki dərəcəsində yarışıb. O, təkanla qaldırma hərəkətində əvvəlcə 130, sonra 133, sonda isə 136 kiloqramın öhdəsindən gəlib. Bununla o, təkanla qaldırma hərəkətində Avropa çempionatının kiçik bürünc medalına sahib çıxıb.

Ötən il dopinqə düşdüyü üçün dörd illik cəzalandırılan və bununla da idmançı karyerasını başa vuran Elmar Əliyev Norveçdə olan həmin tarixi hadisəni belə xatırlayıb:

“Mən hakimlərə məhəl qoymadım. Yanaşmamı bitirdim, nəticəmi etdim və heç nəyi fikirləşmədən şəhidlərimizi yad etdim. İndi də şəhid olan qardaşlarımız üçün nə lazım olsa edərik ve qanlarını yerdə qoymarıq. Allah şəhidlərimizə rəhmət eləsin!”

<embed src='https://player.baku.tv/embed/21809' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen><embed>




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR