Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Mourinyu “Mançester Siti”ni tənqid etdi

Mourinyu “Mançester Siti”ni tənqid etdi

Tarix: 18-07-2020, 10:40


“Tottenhem”in baş məşqçisi Joze Mourinyu “Mançester Siti”ni maliyyə “fair-play” qaydalarını pozduğuna görə tənqid edib.

Bu barədə “The Guardian” məlumat yayıb.

“Siz, sadəcə, qanunu pozursunuz, ədalətli maliyyə oyununu unudursunuz, nə qədər istəyirsiniz, xərcləyirsiniz və yaxşı oyunçular alırsınız. Asandır. Digər klublar üçün daha çətindir. Qaydalara riayət etməli olurlar”, - deyə J.Mourinyu bildirib.

Xatırladaq ki, “Mançester Siti” maliyyə “fair-play” qaydalarını pozduğuna görə UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılsa da, iyulun 13-də qərar dəyişdirilib. Yeni qərara əsasən, klub Avropa turnirlərində iştirak edəcək, həmçinin, cərimə məbləği bir milyon avroya endiriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR