Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Pərvizə Türkiyədən təklif var

Pərvizə Türkiyədən təklif var

Tarix: 21-07-2020, 19:19


"Survivor" yarışmasına görə uzun müddətdir Türkiyədə olan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev bir neçə gün əvvəl Bakıya qayıdıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, idmançı yenidən İstanbula qayıdacaq. Buna səbəb isə Pərvizin orada bir neçə iş təklifi almasıdır

Məsələ ilə bağlı Axşam.az-ın suallarını cavablandıran idmançı bildirib ki, təkliflər gəlib:

"Hazırda vətənimdəyəm. Buralar üçün çox darıxmışdım. Türkiyəyə nə vaxt qayıdacağım hələ dəqiq deyil. Amma film təklifləri almışam. Onları dəyərləndirəcəm. Birdəfəlik İstanbula köçmək bir az çətin qərardır, onu düşünməliyəm".

Qeyd edək ki, Pərviz Acun Ilıcalının “Survivor” layihəsini aprelin əvvəli tərk edib. Uçuşlar olmadığı üçün o, uzun müddət Dominikan Respublikasında qalmışdı. Maydan bu yana isə Pərviz İstanbulda qalıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR