Son Xəbər: Misirin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib, Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib, Nepal Prezidenti istefa verib - YENİLƏNİB, Daxili qoşunlara bu şəxsləri saxlamaq hüququ verilir, Daxili qoşunların vəzifə və hüquqları müəyyənləşir, Rusiya hökumətinin nümayəndə heyəti Dəməşqdədir, Lu Mey: "Azərbaycan–Çin əməkdaşlığı tarixi zirvəyə çatıb", Kamran Əliyev Sinqapurda Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransında iştirak edir, Bakı metrosunda üztanıma ilə ödəniş sisteminin tətbiqinə hazırlıq gedir, Spiker: Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir,

FIFA20 Birinci Liqasının ilk həftəsi gözlənilməz nəticələrlə yadda qaldı

FIFA20 Birinci Liqasının ilk həftəsi gözlənilməz nəticələrlə yadda qaldı

Tarix: 4-08-2020, 11:55

İyulun 27-də start götürən FIFA20 Birinci Liqasının ilk həftəsi gözlənilməz nəticələrlə yadda qalıb. Liqa iştirakçıları bir-birindən maraqlı oyunlar sərgiləyir və azarkeşləri təəccübləndirməyi bacarırlar.
Qeyd edək ki, 5 oyundan sonra artıq lider qrupu və autsayderlər formalaşıb. Belə ki, 5 turdan sonra 15 xalla maksimum nəticə göstərən “Qazakh Ashiqs” komandası ilk sırada, 13 xal toplayan Qobustan Stones ikinci sırada qərarlaşıb, hərəyə 3 qələbə və 2 heç-heçə nəticə göstərən “Quba Tigers” və “Nakhchivan Alinja Tower” komandaları isə üçüncü-dördüncü yerləri bölüşdürürlər.
Gördüyünüz kimi, ilk mövsümün qalibi Cavid Qurbanovun “Nakhchivan Alinja Tower” komandası gözlənilənlərin əksinə olaraq ilk üçlüyə daxil ola bilməyib. Birinci mövsümün daha bir uğurlu siması Tural Həsənovun Karabakh Horses komandası isə zəif nəticə göstərərək, yalnız 11-ci yerdə qərarlaşıb.
İkinci həftə bizi olduqca maraqlı oyunlar gözləyir. Oyunçuların əksəriyyəti eyni səviyyədə çıxış edir. Bəs görəsən qələbəyə həsrət qalan autsayderlər dönüş edə biləcəklər? Liderlərin mövqeyi möhkəmlənəcək, yoxsa gələcək turlarda onları ciddi müqavimət gözləyir? Kiberfutbol hər zaman təəccübləndirir və ümid edək ki, bu cür də davam edəcək.  
Bütün oyunları canlı olaraq həftənin 6 günü saat 12:00, 17:00 aralığında GLAHUB “Youtube” kanalında və 16:00-dan 17:00-dək isə “İdman TV” kanalında izləməyə davam edin.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İdman TV, Azərbaycan Kiber İdman Federasiyası, Gaming League Azerbaijan (GLA) və Topaz-ın birgə təşkilatçılığı ilə keçirilən Birinci Liqaya sentyabrın 11-də yekun vurulacaq. Turnirin baş sponsoru BirBank, sponsoru “Mountain Dew” şirkətidir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR