Son Xəbər: London və Tehran razılığa gəldi, İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib, Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb, Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib, İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib, Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər, Azərbaycan neftinin qiyməti 74 dollara düşüb, Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb,

"Qalatasaray"ın prezidenti: "Neftçi"ni çox sevirik

"Qalatasaray"ın prezidenti: "Neftçi"ni çox sevirik

Tarix: 4-09-2020, 21:20


Əslində biz də "Neftçi" ilə düşmək istəyirdik. İki hissi bir arada yaşayacağıq. Həm qardaşınla oyun keçirəcəksən, həm udub və ya uduzacaqsan.

Report  xəbər verir ki, bunu UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray"ın prezidenti Mustafa Cengiz "CBC Sport" telekanalında yayımlanan "Türkiyədən futbol" verilişinə müsahibəsində deyib.

71 yaşlı funksioner Azərbaycan klubu ilə qarşılaşacaqları üçün sevindiyini bildirib:

"Şükürlər olsun ki, bizə bu komanda ilə oyun keçirmək nəsib oldu. Bizə ən yaxın olan qardaş ölkənin komandası ilə qarşılaşacağıq. "Neftçi"nin hər zaman uğur qazanmasını istəyirəm. İranda "Traktor" klubu kuboku qazandı. Onda da türklər çox sevindilər. "Neftçi"ni çox sevirik. Bu komanda ilə oynayacağımız üçün məmnunuq".

M.Cengiz Azərbaycandakı "Qalatasaray" azarkeşlərinin komanda ilə görüşmək istəyini baş məşqçi Fatih Terimə çatdıracağını söyləyib: "Onlara deyəcəyəm ki, stadiona gedərkən azarkeşləri salamlasınlar. Yeri gəlmişkən, mən də öz növbəmdə "Neftçi"nin prezidenti Kamran Quliyevə, baş məşqçisi Füzuli Məmmədova, bütün Azərbaycan xalqına, klubun azarkeşlərinə sevgi və salamlarımı çatdırıram".

Klub prezidenti deyib ki, artıq transfer məsələsində türk ölkələrinə üz tutmağın vaxtıdır: "Xüsusilə Azərbaycanda futbola ciddi diqqət var. Seleksiyaçılarımız bu işi incələməlidirlər. Azərbaycandan oyunçu alsaq, buna ancaq sevinərik. Bunu özüm üçün qeyd etdim. Bu istiqamətdə fəaliyyətimiz olacaq".

"Qalatasaray"ın transfer siyasətindən də söz açan M.Cengiz yarımmüdafiə xəttinə yeni oyunçu alınacağını vurğulayıb.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR