Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

"Qarabağ" Çempionlar Liqasında növbəti oyuna çıxır

"Qarabağ" Çempionlar Liqasında növbəti oyuna çıxır

Tarix: 16-09-2020, 09:06


"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyuna çıxacaq.

Mediabiz.az xəbər verir ki, Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşacaq.  Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.

Qeyd edək ki, püşkə əsasən, matç Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etmişdi. UEFA bu müraciəti təmin edərək görüşün sentyabrın 16-da Kiprdə keçirilməsinə qərar vermişdi.

Əlavə edək ki, ÇL-in görüşlərinə koronavirus səbəbindən azarkeşlər buraxılmır.

16 sentyabr
21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç)
Hakimlər:
Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR