Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Azərbaycanlı idmançıya Rusiyada haqsızlıq edildi

Azərbaycanlı idmançıya Rusiyada haqsızlıq edildi

Tarix: 28-09-2020, 10:57

Rusiyanın Sankt-Peterburq şəhərində “M-1 Global” təşkilatının keçirdiyi “MMA Series 15: Yeni Qəhrəmanların Vaxtı” adlı turnir qalmaqalla yadda qalıb.
Belə ki, iki gün əvvəl keçirilmiş döyüş gecəsində Azərbaycanın yeganə məğlubiyyətsiz qadın idmançısı Gözəl Zutovaya qarşı yerli idmançı Darya Jeleznyakova ilə görüşdə haqsızlıq edilib.

   
Bu barədə Zutovanın şəxsi məşqçisi Yusif Əliyev Oxu.Az-a açıqlamasında deyib:

“Qələbə mərkəz hakiminin yerlibazlığı, tərəfkeşliyi sayəsində ikinci raundda rəqibə verildi. Dünya MMA Federasiyasında və peşəkar döyüşdə belə bir qayda var ki, açıq sifətə 10 zərbə vurulursa, döyüş dayandırılmalıdır. Birinci raundda rəqibə 17, ikinci raundda 25 zərbə vurulsa da, döyüş dayandırılmadı. Ona görə də rəqibə verilən qələbəni haqsız hesab edirik. Aktivliyinə görə döyüşdə qələbə rəqibə verildi. Amma qərardan protest vermişik. Gözələ məğlubiyyət yazılmayacaq”.
İdmançının özü isə saytımıza açıqlamasında təkrar döyüşün olacağını bildirib.
Qeyd edək ki, bu təşkilatın sentyabrın 11-də keçirdiyi “M1 Selection Online” turnirində də iki azərbaycanlı iştirak etmişdi. Rinqdə keçirilən döyüşlərdə ağır çəkidə Zaur Hacıbabayev rusiyalı İsmayıl Saqova qalib gəlsə də, Tahir Abdullayev yerli idmançı Ramazan Həsənovla görüşə səhhətinə görə çıxa bilməmişdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR