Son Xəbər: London və Tehran razılığa gəldi, İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib, Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb, Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib, İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib, Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər, Azərbaycan neftinin qiyməti 74 dollara düşüb, Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib, Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb,

Respublika Olimpiya Mərkəzi istifadəyə verildi

Respublika Olimpiya Mərkəzi istifadəyə verildi

Tarix: 16-11-2020, 19:55


Gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə əsaslı təmir işlərindən sonra Respublika Olimpiya Mərkəzi ilə tanış olublar.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, Mərkəzin zirzəmi hissəsində, birinci və ikinci mərtəbələrində söküntü işləri aparılıb, söküntü işlərindən sonra zirzəmi, birinci və ikinci mərtəbələrində təmir işləri görülüb.

Respublika Olimpiya Mərkəzinin zirzəmi, birinci və ikinci mərtəbələrində pilləkənlər mərmər piltələrlə üzlənib, metal, metal-plastik və avropa tipli qapılar, metal-plastik pəncərələr və alüminium vitrajlar quraşdırılıb, döşəmələr hissəsində metlax tavalar, keromoqranit döşəmələr və laminat, idman zalında poliment örtük, rezin örtük, xüsusi idman örtüyü vurulub, uzununa tullanma idman növü üçün kvars qumu qoyulub.

Dam örtüyündə metal konstruksiya rənglənib, sinklənmiş metaldan aralıqlar vurulub, sendviç panel örtüyü, su axıdan borular və qıflar quraşdırılıb, eyvan hissəsində isə döşəməyə ruberoid ilə izolyasiya edilib, daxili bəzək işləri həyata keçirilib. Mərkəzdə bir ədəd sauna, hol hissəsində isə guşə quraşdırılıb. Mərkəzin fasadının çirklərdən təmizlənməsi, üzlük daşlarının üzlərinin cilalanması, tarket suvaq, sement suvaq, boya, əhəng daşlar ilə sütunlar və qarnizlər vurulub, bəzək elementlərin görülməsi və Respublika Olimpiya Mərkəzi adının yazılması, fasadın işıqlanması işləri görülüb.

Mərkəzin elektrik təchizatı və güc avadanlığı, elektrik işıqlanma, sahə daxili işıqlanma, su təchizatı və kürbənd sistemi, soyuq və yanğına qarşı su sistemi, isti su, kanalizasiya, istilik-ventilyasiya, isitmə, kondisionerləşdirmə, ventilyasiya, video müşahidə, telekommunikasiya, yanğın siqnalizasiya və səs gücləndirici sistemləri quraşdırılıb, turniket, əlillər üçün qaldırıcı qurğu, əl-üz yuyan, çaşa, su qızdırıcı cihazlar qoyulub. Həmçinin asfalt, səki daşları və bardurları sökülərək yenisi ilə əvəz olunub, həyətyanı sahəsində dekorotiv kollar və ağaclar əkilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR