Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

İdman zalında satışı qadağan olunan dərmanlar aşkarlandı

İdman zalında satışı qadağan olunan dərmanlar aşkarlandı

Tarix: 26-11-2020, 11:32


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlanıb.

Orada məşq etməklə karantin qaydalarını pozan 5 nəfər barəsində inzibati protokol tərtib edilib.

Bundan əlavə həmin idman zalına keçirilən baxış zamanı sözügedən obyekti icarə əsasında işlədən Cəlilabad şəhər sakini Bəhruz Ağayevin məşq etmək üçün ora gələn şəxslərə satdığı tərkibində güclü təsiredən maddələr olan və satışı qadağan olunmuş konvalyut və qutularda ümumilikdə 3 750 ədəd dərman həbi aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR