Son Xəbər: Azərbaycanda Dövlət Bayrağı Günüdür, Bakıdakı paradda nümayiş etdirilən silah sistemləri, texnikalar və aviasiya vasitələri Azərbaycanın hərbi qüdrətinin əyani göstəricisidir, Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq, Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi, Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI, Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR, İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR, Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR, ABŞ və “C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir, Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi,

Cəbrayıl Həsənov karyerasını başa vurmasından danışdı

Cəbrayıl Həsənov karyerasını başa vurmasından danışdı

Tarix: 7-01-2021, 16:24


“Ötən il Avropa çempionatına hazırlaşanda boynumdan zədə aldım. Müayinə zamanı boynumda iki yırtıq aşkarlandı. Ona görə də qitə birinciliyində tam gücümlə iştirak edə bilmədim. Açığı, Tokio Olimpiya Oyunlarında çıxış etdikdən sonra karyeramı başa vurmağı planlaşdırırdım”.

Bu sözləri sərbəst güləş üzrə gənclərdən ibarət yığmamıza böyük məşqçi vəzifəsinə təyin olunan Cəbrayıl Həsənov Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında deyib.

“Ancaq bu zədəyə görə məşqlərdə ağrılar qalmaqda idi. Ona görə də fikirləşdim ki, idmançı karyeramı başa vurum. İnşallah, bundan sonra məşqçi kimi fəaliyyətimi davam etdirəcəyəm. Federasiyanın prezident əvəzi Namiq Əliyevə məni bu vəzifəyə təyin etdiyi üçün təşəkkürümü bildirirəm. Məşqçi kimi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

Əlbəttə, hər idmançının ən böyük arzusu olimpiya çempionu olmaqdır. Bu mənə nəsib olmasa da, olimpiya medalı qazana bilmişəm. Rio Olimpiadasındakı üçüncü yeri karyeramın ən böyük uğuru sayıram. Əslində Londonda da eyni nəticəyə imza ata bilərdim. Kubalı güləşçiylə görüşdə qələbə qazanmağa yaxın idim. Ancaq sona bir neçə saniyəyə qalmış səhv edərək məğlub oldum. Bu, ən məyus olduğum görüş oldu.

Karyeram boyunca ən prinsipial rəqibim rusiyalı Aniuar Geduyev idi. Onunla müxtəlif yarışlarda qarşılaşmışıq. Şərif olimpiya, dünya və Avropa çempionumuzdur. Bu nəticəyə imza atan yeganə güləşçimizdir. İnşallah, kapitanlıq həm onun, həm komandamız üçün düşərli olar. İnşallah, komandamız Olimpiya Oyunlarında uğurlu çıxış edib, bayrağımızı yüksəldər”, - deyə o bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR