Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Azad Rəhimovdan xəbər var

Azad Rəhimovdan xəbər var

Tarix: 4-03-2021, 09:17

Gənclər və idman naziri Azad Rəhimovun sağlıq durumu qənaətbəxşdir və tezliklə vətənə dönüşü gözlənilir.

Nazirin ailəsinə yaxın, adının çəkilməsini istəməyən dostlarından biri bildirib. Onun sözlərinə görə, Azad Rəhimov Novruz bayramını Azərbaycanda, öz Vətənində qeyd edəcək, yəni ən geci martın 20-ədək Bakıya dönəcək.

Xatırladaq ki, bir müddət öncə səhhətində yaranmış ciddi problemlərə görə ABŞ-da müəlicə alan A. Rəhimovun sağlıq durumunun kəskin pisləşdiyi, hətta həyatda qalmasının sual altında olduğu iddiaları səsləndirilirdi. Amma sonradan bəlli oldu ki, nazir amansız xəstəliklə mübarizədə əsl idmançı keyfiyyəti sərgiləyərək nəinki təslim olmayıb, əksinə, onu obrazlı desək, "nokaut" a salaraq sağlamlığına qovuşmaq üzrədir.Moderator.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR