Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

Tarix: 10-05-2021, 10:09


“Ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində gecə saatlarından hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunub”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva  bildirib.

Onun sözlərinə görə, qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib:

“Bu proses gecə ərzində respublikanın demək olar ki, əksər rayonlarında müşahidə olunub”.

Xidmət rəisi qeyd edib ki, bu gün saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir:

“Artıq gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Bu gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimal olunur. Gecəyə doğru külək mülayimləşəcək”.

O, əlavə edib ki, mayın 11-dən 14-dək ölkə ərazisində xoş hava şəraiti müşahidə olunacaq:

“Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu get-getdə  yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27 dərəcə, respublikanın Aran rayonlarında isə 30 dərəcəyədək yüksələcək”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR